"Neftçi" yeni ilin ilk transferinə doğru - 2,5 illik müqavilə imzalayacaq

2 Yanvar 2023 13:00 Neftçi 4 029
"Neftçi" yeni ilin ilk transferinə doğru - 2,5 illik müqavilə imzalayacaq

«Neftçi» ilk qış transferini reallaşdırmağa yaxındır.

Bu haqda Sportinfo.az-a paytaxt klubundan məlumat verilib.

Bildirilib ki, bir müddət əvvəl gündəmə gələn mərkəz müdafiəçisi ilə danışıqlar son mərhələdədir. Sadəcə, onunla «Zirə» də ciddi maraqlandığından, hələlik rəsmi imza atılmayıb.

«Ağ-qaralar»ın maliyyə şərtləri daha yüksək olduğundan, güman ki, hələlik adı gizli saxlanılan legioner seçimi onlardan yana edəcək.

Belə olarsa, əcnəbi futbolçu qarşıdakı günlərdə Azərbaycana gələcək və«Neftçi» ilə 2,5 illik müqavilə imzalayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?