"Neftçi"nin son təklifi ilə razılaşdı – Təzminat da alır

1 Yanvar 2023 16:00 Neftçi 2 898
"Neftçi"nin son təklifi ilə razılaşdı – Təzminat da alır

Gilyerme Pato tezliklə "Neftçi"ni tərk edəcək.

Bu haqda Sportinfo.az-a paytaxt klubundan məlumat verilib.

Bildirilib ki, braziliyalı yarımmüdafiəçi müqavilənin pozulmasına razılaşıb.

Ötən ilin yanvarında Azərbaycana təşrif buyuran «sambaçı» bir neçə aylıq təzminat müqabilində vaxtından əvvəl buradan ayrılmağa «okey» verib.

Onun karyerasını Kiprdə davam etdirmək ehtimalı var. 21 yaşlı vingeri Braziliyadan - "İnternasyonal"dan heyətinə qatıb.

O, "ağ-qaralar"ın heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!