Qazilərin komandası "Region"da çempion olmaq, Avropaya çıxmaq istəyir

31 Dekabr 2022 15:00 Neftçi 621
Qazilərin komandası "Region"da çempion olmaq, Avropaya çıxmaq istəyir

Region Liqasında mübarizə aparan «Difai» bayram tədbiri keçirib.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bir araya gələn kollektiv mövsümün geridə qalan hissəsiylə bağlı maraqlı məqamları yada salıb, eyni zamanda, gələcək planlarla bağlı fikir mübadiləsi aparılıb.

Klubun prezidenti, I Qarabağ müharibəsinin iştirakçısı və qazisi Asəf Məlikov uğurlu debüt münasibətilə komanda üzvlərini təbrik edib, onlara uğurlar arzulayıb.

«Difai»nin yaradılma səbəbi barədə danışan rəhbər bildirib ki, məqsəd Vətən savaşına qatılanları, qaziləri idmana həvəsləndirmək, sağlam həyata adaptasiyasını sürətləndirməkdir.

O, yeni yaranan klub olsalar da, Region Liqasına əla start verdiklərini deyib, debüt mövsümündə çempion olmaq istədiklərini xatırladıb.

Ötən 2 il ərzində qazi və şəhid ailələrinə göstərdiyi qayğıyla daim mətbuatın diqqətini çəkmiş A.Məlikov qeyd edib ki, «Difai»nin Region Liqasını birinci bitirməsi və UEFA Regional Liqasına vəsiqə qazanması ölkənin futbol həyatında bir ilk olacaq, yeni səhifə açacaq.

Çünki bu, Vətən uğrunda əliniə silah götürmüq, canından və qanından keçmiş gənclərin klubu kimi «Difai»nin beynəlxalq arenada tanınmasına gətirib çıxaracaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!