"Neftçi"nin qış fasiləsində yolları ayırmaq istədiyi futbolçulardan biri də Vato Arveladzedir.
Komanda rəsmiləri bu istəklərini futbolçuya da çatdırıblar.
Lakin təzminat məsələsinə görə gürcüstanlı legionerin növbəti 6 ayı icarəyə verilməsi də düşünülür. Paytaxt klubu bununla maliyyə yükündən azad olmaq istəyir.
Ancaq problem odur ki, 24 yaşlı futbolçunun heç bir müştərisi yoxdur. Çünki onun aldığı maaş yüksəkdir.
Əgər vəziyyət belə davam edərsə orta xətt oyunçusu qışdan sonra da ehtiyatda oturmaqla maaşını alıb, yayı gözləməli olacaq.
Vato Arveladze bu yay komandaya transfer edilib. Onun "ağ qaralar"la müqaviləsi mövsümün sonu başa çatacaq.
Gürcüstan millisinin sabiq üzvü arxada qalan müddətdə "Neftçi" formasında meydana çıxdığı 11 görüşdə 1 asistlə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ

