“Neftçi”ni Kipr klubuna dəyişməyə hazırlaşır? – 1 il əvvəl okeanın o tayından gələn

30 Dekabr 2022 11:00 Neftçi 1 970
“Neftçi”ni Kipr klubuna dəyişməyə hazırlaşır? – 1 il əvvəl okeanın o tayından gələn

“Neftçi”nin legioneri Gilyerme Pato Kiprə yollana bilər.

Sportinfo.az “sportime.sigmalive.com” saytına istinadən xəbər verir ki, adıçəkilən ölkənin bir neçə klubu braziliyalı yarımmüdafiəçinin transferində maraqlıdır.

Azərbaycan təmsilçisi əsas heyətə düşməkdə çətinlik çəkən 21 yaşlı hücumameyilli oyunçunu qış fasiləsində icarəyə verməyi planlaşdırır. Pato, eyni zamanda, “Qəbələ”nin də transfer gündəmindədir.

Gilyerme Patonun “Neftçi” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?