“Rövşən Nəcəfin yerində olsam, “Neftçi”ni sıfırdan yığaram”

29 Dekabr 2022 21:20 Neftçi 1 258
“Rövşən Nəcəfin yerində olsam, “Neftçi”ni sıfırdan yığaram”

“Neftçi” azarkeşləri sevimli komandalarının uğursuz nəticələrindən boğaza yığılıb.

İstər tribunalarda, istərsə də sosial şəbəkədə kütlənin haqlı narazılığını görüb-eşitmək çətin deyil.

Komandanın Premyer Liqada çempionluq mübarizəsindən uzaqlaşması qaranlıq tunelin o biri başının işıqlı olduğunu şübhə altına alıb.

Ona görə də fanatlar bezib, klub rəsmilərinə, məşqçi və futbolçu heyətində aşkar etiraz edirlər.

“Neftçi”nin “feysbuk” səhifəsindəki paylaşımlarının birinin rəy bölməsində “Celebi Xan” adlı izləyici ortaya maraqlı iddia atıb.

O, SOCAR prezidenti, “Neftçi”nin Müşahidə Şurasının yeni sədri Rövşən Nəcəfə səslənib:

“Rövşən müəllimin yerində olsam, “Neftçi”ni sıfırdan yığaram. Oyunçuların 95 faizini qovaram, ardınca da məşqçilər koprusunu.

Rəhbərlik və transferlərə cavabdehlik daşıyan şəxslər haqda isə ciddi araşdırmalara başlayaram. Başqa cür bu komandanı diriltmək olmayacaq”.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!