Rövşən Nəcəf bundan sonra "Neftçi"da nələr edəcək? - AÇIQLAMA

29 Dekabr 2022 14:00 Neftçi 2 700
Rövşən Nəcəf bundan sonra "Neftçi"da nələr edəcək? - AÇIQLAMA

"Mənim bu dəyişiklikdən gözləntilərim böyükdür".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Neftçi"nin sabiq idman direktoru Ceyhun Sultanov deyib.

Bilindiyi kimi, dekabrın 1-də "Neftçi"nin Müşahidə Şurasın (MŞ) tərkibinə yenilik baş verib. Əvvəlki MŞ sədri Çingiz Abdullayevi SOCAR prezidenti Rövşən Nəcəf əvəzləyib.

Həmçinin təhsil naziri Emin Əmrullayev, Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sultanov, Elnarə Məmmədova və Hafiz Zeynalov Müşahidə Şurasına yeni üzv seçiliblər.

Əvvəlki heyətdən yalnız Zaur Qəhrəmanovla Səməd Qurbanov öz vəzifələrində qalıblar. Müşahidə Şurasının əvvəlki üzvləri Cəbrayıl Cəbrayılov, Fərhad Bədəlbəyli və Mehdi Nəcəfov isə klubdan ayrılıb.

C.Sultanov rəhbərlikdəki bu dəyişikliyin "Neftçi"nin ümumi fəaiyyətinə müsbət təsir göstərəcəyinə inandığını bildirib:

"Hər halda kluba yeni gələnlər ölkə və dövlət səviyyəsində kifayət qədər tanınmış, eyni zamanda, vacib insanlardır.

Onların özlərinə görə böyük çəkisi var və düşünürəm ki, "Neftçi"də ciddi işlər görəcəklər. Müşahidə Şurasında təmsil olunmağa başlayıblarsa, deməli, klubun uğurlu olması üçün əllərindən gələni əsirgəməyəcəklər.

Mən deyə bilmərəm ki, Kamran Quliyev və digər idarəçilər burada qalacaq, ya yox. Bunu zaman göstərəcək.

Mənim gözləntim odur ki. "Neftçi"nin iddiası artacaq. Əlavə büdcənin ayrılması, səviyyəli futbolçuların komandaya cəlb olunması kimi. "Neftçi"də iş çoxdur.

Bu klubun azarkeşi yalnız nəticə tələb edir. Azarkeş deyir ki, titul qazan, avrokuboklarda yaxşı nəticələr göstər.

Rövşən Nəcəfin Müşahidə Şurasının sədri seçilməsi o deməkdir ki, klubun işləriylə bundan sonra daha yaxından məşğul olacaq.

Yəqin ki, yanvar ayından bu dəyişikliyin təsirini və effektini görməyə başlayacağıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!