“Neftçi”nin müəmmalı planı – “Nəyə ehtiyac olsa, kömək edəcəklər”

28 Dekabr 2022 19:40 Neftçi 1 547
“Neftçi”nin müəmmalı planı – “Nəyə ehtiyac olsa, kömək edəcəklər”

Premyer Liqanın 18-ci turunda “Şamaxı”nı 3:0 hesabı ilə darmadağın edən “Neftçi” fasiləyə xoş əhval-ruhiyyədə yollandı.

“Ağ-qaralar”ın mıəşqçi və futbolçu heyətinin istirahət müddəti 10 gündür.

Yanvarın 3-nə qədər yorğunluğu canından atmağa çalışacaq komanda üzvləri ilin ilk ayının 4-də Antalyada bir araya gələcək.

Bu məqamda ortaya sual çıxır. Niyə məhz birbaşa Antalya?

Buna qədər “Neftçi”nin ilkin hazırlıq mərhələsi Bakıda baş tuturdu. F

utbolçular paytaxtımıza gəlir, həkim müayinəsindən keçir, fiziki hazırlıq qaydasına salınır və təxminən 5-7 gün sonra komanda üzvləri Türkiyəyə yola düşürdü.

Laurentsiu Regekampfın indiki durumla bağlı verdiyi qərar təəccüb doğurmaya bilməz.

Komanda birbaşa Antalyaya yollanacaqsa, maraqlıdır, futbolçular tibbi baxışdan harada və necə keçəcək? Ümumiyyətlə, vəziyyətin bu cür olması “ağ-qaralar”a çətinlik yaratmayacaq ki?

Klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev Sportinfo.az-a açıqlamasında sualımıza aydınlıq gətirib:

“Yerli futbolçular Bakıdan birbaşa Antalyaya yola düşəcək. Əcnəbi futbolçu və məşqçilər isə ora vətənindən gələcəklər. Yanvarın 4-də toplanışın ilk günüdür və bu haqda hamı məlumatlıdır.

O ki qaldı dediyiniz məsələyə, heç bir problem olmayacaq. Tibbi baxış və fiziki hazırlıq məşqləri Bələkdə olacaq.

“Liv Bona Dea Hospital” klubumuzun sponsorudur ki, Antalyada xəstəxana mövcuddur. Nəyəsə ehtiyac olsa, kömək edəcəklər”.

"Ağ-qaralar" yanvarın 4-dən 20-dək Türkiyənin Antalya şəhərinin Bələk bölgəsində təlim-məşq toplanışı keçəcək.

Komanda qardaş ölkədə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. “Neftçi” yanvarın 10-da Macarıstanın “Vaşaş”, 15-də Polşanın “Medz Leqnitsa” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin nəhənglərindən olan “Srvena Zvezda” ilə qarşılaşacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!