“Neftçi” baş məşqçisinə görə 150 min avro təzminat istədi, vermədilər

28 Dekabr 2022 17:20 Neftçi 1 550
“Neftçi” baş məşqçisinə görə 150 min avro təzminat istədi, vermədilər

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın Rumıniya klubu “Universitatya Krayova”ya keçməməsinin səbəbi bəlli olub.

Sportinfo.az-ın “playtech.ro”ya istinadən məlumatına görə, “Universitatya Krayova” rəhbərliyi Azərbaycan təmsilçisinin təzminat tələbini müsbət cavablandırmayıb.

47 yaşlı mütəxəssisin “ağ-qaralar”la müqaviləsi davam etdiyindən, “Neftçi” qarşı tərəfdən 150 min avro təzminat haqqı istəyib.

Bu üzdən “Universitatya Krayova”nın maliyyə dəstəkçisi Mixai Rotaru geri addım atmalı olub.

Laurentsiu Regekampfın “Neftçi” ilə sözləşməsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?