“Neftçi” daha bir legionerə təklif etdi ki… SON DƏQİQƏ

28 Dekabr 2022 16:00 Neftçi 2 370
“Neftçi” daha bir legionerə təklif etdi ki… SON DƏQİQƏ

Mamadu Mbodjla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verən “Neftçi” daha bir legioner lə yolun sonuna gəlib.

Bakılılar bu ilin əvvəlində anlaşdığı Gilyerme Patoya kontraktı pozmağı təklif edib.

Yanvarda 2,5 illik anlaşmaya imza atmış braziliyalı təkliflə razılaşarsa, ona müəyyən təzminat ödəniləcək. Təqribən 4-5 aylıq maaşı qədər.

“Qəbələ” adıçəkilən yarımmüdafiəçinin xidmətində maraqlıdır. Əyalət təmsilçisi cənubi amerikalı vingeri yanvarda 6 ay müddətinə icarəyə götürmək istəyir.

“Ağ-qaralar”ın bu variant münasibəti müsbətdir. Lakin Pato paytaxtı əyalətə dəyişmək arzusundan uzaqdır və yeni çağırışı qəbul etmir.

Bakı klubu yanvarın 21-də "İnternasional"dan 90 min avroya transfer etdiyi, amma əsas heyətə düşməyən vingerdə bir yolla canını qurtamağa, bu yolla həm artıq xərcdən xilas olmağa, həm də 1 legioner yeri boşaltmağa razıdır.

"İnternasional"ın yetirməsi olan Pato 2020/2021 mövsümündə icarə əsasında "Ponte Preta"da, 2021-ci ilin ikinci yarısında isə "Kuyaba"da çıxış edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!