Çempionatda qış fasiləsinin yaranması məşqçi və futbolçulardan çox ailə üzvlərinin ürəyincə olub.
Top dalınca qaçanların bayram ərəfəsində xanımlarına və övladlarına edə biləcəyi ən dəyərli hədiyyə onları istirahətə aparmaq, yorğunluğu hansısa maraqlı ölkədə keçirməkdir.
İndi hərə bir diyardadır. Lakin ən çox səfər edilən yer Birləşmiş Ərəb Əmirlikləridir.
Dekabr ayında əmirliyin ən məşhur şəhəri hesab olunan Dubayda havanın hərarətinin müsbət 23-25 dərəcə olması turistləri həvəsləndirir, uşaqların könlünü oxşayır.
“Neftçi”nin kapitanı Emin Mahmudov da hazırda ailəsi ilə birgə Dubayda dincəlir. Milli üzvü sosial şəbəkə hesabında unudulmaz anları izləyiciləri ilə bölüşür, övladları – Əli ilə Safiyanın sevincinə şərik olduğunu göstərir.
Təcrübəli futbolçu bir neçə gün BƏƏ-də keçirdikdən sonra, 2023-cü ili qarşılamaq üçün çox güman Rusiyaya – valideynlərinin yanına yollanacaq.
“Neftçi”də istirahət müddəti yanvarın 3-nə qədərdir. Ayın 4-də komanda üzvləri Antalyada bir araya gələcək.
HƏBİB / SPORTİNFO.AZ

