“Neftçi”dən 3 illik müqavilə təklifi aldı, o da ŞƏRT İRƏLİ SÜRDÜ Kİ…

26 Dekabr 2022 14:00 Neftçi 3 007
“Neftçi”dən 3 illik müqavilə təklifi aldı, o da ŞƏRT İRƏLİ SÜRDÜ Kİ…

“Neftçi” Emin Mahmudova yeni müqavilə təklif edib.

Bakı klubu kapitanı ilə danışıqlara start verib.

“Ağ-qaralar” 30 yaşlı yarımmüdafiəçinin mövsümün sonuna qədər olan sözləşməsini daha 3 illik uzatmaq niyyətindədirlər.

Mahmudov 2017-ci ildən “Neftçi”nin formasını geyinir. O, cari mövsüm Premyer Liqada keçirdiyi 18 oyunda 10 qola imza atıb.

Bir neçə xarici klubun diqqət mərkəzində olmasına baxmayaraq, Emin də hazırkı komandasında qalmaqda maraqlıdır. Sadəcə, kapitanı narahat edən bir məsələ var – azarkeşlərin ona münasibəti.

Orta sahə oyunçusu fanatların şəxsinə yanaşmasından narazıdır. Bunu klub rəsmiləri ilə söhbətində bir daha dilə gətirib.

Bildirib ki, illərdir ağ-qara formanı geyinsə və ürəklə oynasa da, fanatlar heç cür onu qəbul elmir, tez-tez stadionda əleyhinə şüarlar səsləndirir.

Emin bəzən tribunada və sosial şəbəkələrdə qarşılaşdığı təhqirlərdən bezdiyini, bu problemə birdəfəlik son qoyulmasını istəyib. Funksionerlərdən xahiş eləyib ki, söz-söhbətlərə yekun vurulmasına yardımçı olsunlar.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!