"Neftçi"nin səhifəsində gördüyüm bir cümlə mənə təsir etdi"

25 Dekabr 2022 23:20 Neftçi 979
"Neftçi"nin səhifəsində gördüyüm bir cümlə mənə təsir etdi"

"Neftçi"nin səhifəsində gördüyüm bir cümlə çox xoşuma gəlmişdi.

Yazılmışdı ki, bizdə əsas məqsəd oyun yox, oyunçu qazanmaqdır. Bu cümlə mənə təsir etdi".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi" Futbol Akademiyasının yeni direktoru Cemal Bülbül deyib.

"Neftçi" bu ilin iyulunda Cemal Bülbüllə 2 illik müqavilə bağlayıb. O, "Neftçi"yə gələnədək "Göztəpə"nin Matç və Performans Təhlili və Skautluq Departamentində çalışıb.

35 yaşlı mütəxəssis buradakı planlarından bildirib:

"İlk hədəfimiz futbolçuların "Neftçi"yə olan bağını möhkəmlətməkdir. Futbol həyatında 10-12 yaş aralığı önəmlidir.

Bu yaşda nə futbol öyrəndinsə, o sənin gələcəyini də təmin edir. 17-19 yaş aralığında bunu öyrənmək çox çətin olur".

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?