"Neftçi"dən ayrılacağı deyilən futbolçular arasında adı çəkilənlərdən biri də Mert Çelikdir.
22 yaşlı müdafiəçi mövsümün ikinci yarısını başqa klubda keçirə bilər.
Milli komandanın sabiq üzvü ilə yaxından maraqlanan klublar arasında Premyer Liqanın digər iki təmsilçisi - "Səbail" və "Sumqayıt" var.
Amma futbolçunun son paylaşımı onun gələcəyi ilə bağlı bütün suallara aydınlıq gətirmiş olub.
Arxa xətt oyunçusu "Şamaxı" üzərində qələbə qazandıqları (3:0) son oyundan fotosunu paylaşaraq aşağıdakı sözləri yazıb:
"İlin son matçını qələbə ilə başa vurduq. Yeni ildə görüşmək ümidi ilə".
Mert yəqin ki, "Neftçi"li fanatlara verdiyi bu mesajla, həm də haqqında yayılan ayrılıq xəbərlərinə son qoymağı planlaşdırıb.
Arxa xətt oyunçusu müqavilə ilə Türkiyənin "İstanbul Başakşehir" klubuna məxsusdur.
O, 2020-ci ildən təmsilçimizdə çıxış edir. Futbolçunun "ağ qaralar"la olan icarə müqaviləsi yaya kimi nəzərdə tutulub.
XANOĞLAN / SPORTİNFO.AZ

