Əsgərov, Zülfüqarlı, Hacıyev, Salyanski…
«Neftçi»nin sabahı bu soyadlardır.
Donyo-Monyo, Yeqor-Meqor, nə bilim, Solomon-Dolomon, o birisi-bu birisi deyil.
İsmayılıın «Şamaxı»ya qolunu gördüz də.
Yəqin ki, Ağadadaşın qolunu da gördüz. Gördüz ki, «Neftçi»nin necə istedadlı gəncləri var?
Klubda işlər düzgün getsəydi, hansısa maraqlara xidmət edən legioner siyasəti olmasaydı, təsəvvür edin ki, ağ-qara şineldən hələ nə qədər ismayıllar, vüsallar, raminlər, ağadadaşlar çıxardı! Bütün bunları, neçə-neçə istedadın «beşik»də boğulduğunu düşünəndə, adamın təpəsindən tüstü çıxır.
Var ki, var! Var oğlu, var! Nə qədər başlarından basılsa da, eşiyə atılsalar da, gözümçıxdıya salınsalar da, bulaq yenə qaynayır.
Bir klubun ki İslam Kərimovu var, o klub xoşbəxtdir. Belə təməl məşqçisi olan «Neftçi»nin rəhbərliyi gecə-gündüz Tanrıya minnətdarlıq borcunu ödəməli, dualarını əskik etməməlidir.
Salyanskinin qiyməti «belindədir». Bir il keçsin, Azərbaycanda Ağadadaşın arxasınca qaçmayan qalmayacaq.
Təkliflər üstünə yağış kimi yağacaq. «Neftçi» gərək növbəti istedadını qorusun, ona daha şans versinlər.
ELNUR

