Xarici medianın "Neftçi" ilə bağlı yaydığı xəbər yalan çıxdı

24 Dekabr 2022 10:40 Neftçi 1 327
Xarici medianın "Neftçi" ilə bağlı yaydığı xəbər yalan çıxdı

"Neftçi"nin qapıçısı İvan Brkiçin müqaviləsi mövsümün sonunda başa çatacaq.

Xorvatiya mətbuatı iddia edib ki, "ağ-qaralatr" 27 yaşlı "əlcək sahibi"ni komandada saxlamaq istəyir.

Xəbərdə qeyd olunub ki, paytaxt təmsilçisi xorvatiyalı qolkiperə yeni sözləşmə təklifi irəli sürüb.

Lakin…

Redaksiyamıza daxil olan məlumata görə, bakılılar balkanlı legionerlə danışıqlar masası arxasına əyləşməyib. Hazırda onunla kontraktın uzadılması gündəmdə deyil.

İvan Brkiç bu ilin yanvar ayından "Neftçi"dədir. Cari mövsümdə Bakı klubunun heyətində 16 matçda meydana çıxıb. O, 6 dəfə qapısını toxunulmaz saxlamağı bacarıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!