"Neftçi"də AĞA - FOTOLAR

24 Dekabr 2022 02:00 Neftçi 1 009
"Neftçi"də AĞA - FOTOLAR

Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.

Sportinfo.az xəbər verir ki, açılış oyununda "Neftçi" "Şamaxı"nı qəbul edib.

"Bakcell Arena"da keçirilən görüş "ağ-qaralar"ın qələbəsi ilə başa çatıb - 3:0.

Hesabı 41-ci dəqiqədə İsmayıl Zülfüqarlı açıb. 21 yaşlı yarımmüdafiəçi kapitan Emin Mahmudovun ideal ötürməsini dəqiq zərbə ilə tamamlayıb.

Digər qol 52-ci dəqiqədə vurulub. Qonaqlardan Fuad Bayramov topu öz qapısından keçirib.

Qarşılaşmada son nöqtəni isə paytaxt təmsilçisinin gənc futbolçusu Ağadadaş Salyanski qoyub. O, 89-cu dəqiqədə rəqib qapıçı ilə üzbəüz dueldən qalib ayrılıb.

Bu qələbədən sonra xallarını 38-ə çatdıran "Neftçi" 3-cü pillədəki mövqeyini qoruyub. 13 xalı olan "Şamaxı" isə 7-ci sırada qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?