“Neftçi”nin kapitanı kimə təşəkkür etdi? - “Sağ olsun, bizi…”

23 Dekabr 2022 20:40 Neftçi 1 079
“Neftçi”nin kapitanı kimə təşəkkür etdi? - “Sağ olsun, bizi…”

“Neftçi” böyük riskdən çətinliklə də olsa qurtuldu.

“Ağ-qaralar” Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində ilk matçda məğlub olduğu “Zirə”ni 3:1 hesabı ilə üstələməyi bacardı.

Halbuki, qonaqlar penaltidən fərqlənə bilsəydi, matçın müqəddaratı penalti zərbələri ilə həll olunacaqdı.

“Neftçi” yarımfinala yüksəlməklə azarkeşlərin və sponsorların əlində “sağ çıxmağı” bacardı. Uğursuzluq təqdirində nələrin baş verəcəyini öncədən təxmin etmək olardı.

Komandanın kapitanı Emin Mahmudov Sportinfo.az-a açıqlamasında qarşılaşma ilə bağlı fikirlərini dilə gətirib:

“Məqsədimiz hesabı ilk dəqiqələrdə açmaq idi ki, buna da nail olduq. Ardınca ikinci qolu da vurmaqla işimizi xeyli rahatlaşdırdıq.

Bir qədər diqqətli olsaydıq, oyunun taleyi 90 dəqiqə ərzində həll olunacaqdı. Təəssüf ki, son dəqiqələrdə qapımızda top görməklə rəqibi ruhlandırdıq.

Əlavə 30 dəqiqə olunmasına baxmayaraq, mərhələni adlayacağımıza inanırdıq. Hətta buna əmin idim deyə bilərəm.

Rəqibin penalti qazanmasına bir az həyəcanlandırdıq. Dostumuz İvan Brkiç sağ olsun, möhtəşəm seyvlə bizi yarımfinala daşıdı. Çünki penalti zərbələri lotoreya kimidir.

Ümumiyyətlə, “Zirə”yə qarşı oynamaq bir az çətindir. Aqressiv və bərk komandadır. Ona görə də bu qədər çətinlik çəkdik”.

“Neftçi” Azərbaycan kubokunun yarımfinal mərhələsində “Turan Tovuz”la qarşılaşacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!