“Neftçi” pulsuz yola salmadı, “bir ovuc“ ödəmə etdi

23 Dekabr 2022 14:40 Neftçi 2 012
“Neftçi” pulsuz yola salmadı, “bir ovuc“ ödəmə etdi

“Neftçi” 3 gün gün öncə Mamadu Mbodjla vidalaşdı.

29 yaşlı seneqallı legionerlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildi.

Bakılılar 1,5 illik müqavilənin qüvvədən düşməsi üçün xərcə düşüb. Yəni, «ağ-qaralar» afrikalı müdafiəçiyə ona bir neçə aylıq maaşı qədər təzminat ödəyib.

2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunmuş Mbodj 5 mövsüm ərzində 94 rəsmi oyunda meydana çıxıb, 9 qola imza atıb, 2021-ci ildə Azərbaycan çempionu olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?