“Neftçi”ni ciddi sıxıntıya salan – Nə qədər gec deyil…

22 Dekabr 2022 21:00 Neftçi 976
“Neftçi”ni ciddi sıxıntıya salan – Nə qədər gec deyil…

Ölkə kubokunda yarışanların sayı 4-ə endi.

Yarımfinala qalanlardan biri də «Neftçi»dir. Finala aparan yolda son maneə «Turan Tovuz»dur.

Böyük ehtimalla, Lorentsiu Regekampf azı daha 3-4 ay buradadır. Klubun yeni rəhbərliyi müqaviləyə təktərəfli xitam verməsə, rumıniyalı öz xoşu ilə, təzminat almadan gedən gedən deyil.

Rege «Zirə» səddini aşmaqla bugünü(nü) qurtardı. «Neftçi» yenə yaxşı oynamır, gələcək vəd eləmir.

Düzdür, komanda yarımfinalın cavab görüşündə istəkli təsir bağışladı, amma çox yox, bir balaca.

Rumının varlığı futbolçuları motivasiya eləmir, odur ki, hərə öz bildiyini edir, ondan tələb olunan qalır bir kənarda.

Deyən, Rege heç onlardan nəsə tələb eləyir görən? Gümanım gəlmir.

Oyundan gördüyüm və anladığım budur ki, «Neftçi» sıradan komanda səviyyəsinə enib, düşdüyü yerdən qalxmaq niyyəti də nəzərə çarpmır.

Emin Mahmudovla Kenni Sayef həmin gün günündə deyilsə, yoldaşlarına quru çörək də yoxdur.

«Neftçi» bu iki futbolçuların əhval-ruhiyyəsinə bağlı komandaya dönüb, «məşqçi işi» deyilən məfhum bura aid edilməməlidir.

Yarıtmaz legionerlərin çoxluğu, üstəgəl, Regenin nüfuzunun yerlərdə sürünməsi «Neftçi»nin ciddiyətinə qurşaqdan aşağı zərbədir.

Bir-iki qələbə ilə şirin yuxuya getmək, «komanda düzəlir, yaxud düzələcək» xəyalına qapılmaq təhlükəlidir. Rumınla gələcək günlər faciə saçır, işıq yox.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!