"Neftçi" bir müddətdir maraq dairəsinə düşən hücumçu ilə danışıqları dayandırıb.
Bu barədə Sportinfo.az-a paytaxt təmsilçisindən məlumat verilib.
Bildirilib ki, Renan Oliveyranın transferi baş tutmayacaq.
"Ağ-qaralar" Litva çempionatında 16 dəfə fərqlənmiş braziliyalı legionerdən maliyyə şərtləri səbəbindən.imtina edib.
25-yaşlı forvard bu ili icarə əsasında "Jalgiris"də keçirib. Onun transfer hüquqları Ukrayna "Kolos"una məxsusdur.
Ukraynalılar müqaviləsi gələn ilin sonuna qədər olan futbolçuya görə nə az, nə çox, 300 min avro təzminat tələb edib. "Neftçi" isə 200 min ödəməyə hazır idi.
Oliveyranın Avropa macərası Malta çempionatından başlayıb. Ardınca isə o, Ukraynaya - "Lvov"a transfer olunub.
2021-ci ildə icarə əsasında Portuqaliyada - "Jil Visente"də çıxış edib (10 oyun, 1 qol).

