"Neftçi"nin legionerindən İŞTAHLI AÇIQLAMA: "Qazanmaq üçün əla şansımız var"

22 Dekabr 2022 00:40 Neftçi 874
"Neftçi"nin legionerindən İŞTAHLI AÇIQLAMA: "Qazanmaq üçün əla şansımız var"

"Əsas favoritlər olan "Qarabağ"la "Sabah" mübarizəni dayandırdı.

Düşünürəm ki, kuboku qazanmaq üçün əla şansımız var".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin qapıçısı İvan Brkiç evdə "Zirə"yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu barədə "vecernji.hr" saytına açıqlamasında deyib.

Paytaxt klubu ilk matçda rəqibinə 0:1 hesabı ilə uduzsa da, ev qələbəsi sayəsində yarımfinala adlayıb.

"Ağ-qaralar"ın 7 ildir sözügedən titulu qazana bilmədiyini xatırladan xorvatiyalı qolkiper bu mövsüm tilsimi qırmaq istədiklərini gizlətməyib: "Bunun üçün olduqca motivasiyalıyıq".

"Neftçi" Azərbaycan Kubokunun yarımfinalında "Turan Tovuz"la qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?