"Neftçi" "Zirə"ni məğlub edərək, Azərbaycan kubokunun yarımfinalına yüksəldi.
Səfərdə 1:0 məğlub olan "ağ qaralar" doğma meydanda əlavə vaxtın oynandığı matçda 3:1 qalib gələrək bunu bacardı.
Xüsusi ilə komandanın vurduğu ikinci qol kifayət qədər baxımlı alındı.
Qodsvey Donyo, Yeqor Boqomolski və Emin Mahmudovun əla paslaşmasından sonra sonuncu yaxşı zərbə ilə toru silkələməyi bacardı.
Baxımlı alınan hücum sosial şəbəkələrdə də geniş yayılmağa başladı. Kapitanın qoluna maraq göstərənlər arasında ölkəmizdə çıxış etmiş kamerunlu forvard Anatoli Abanqın da olması diqqətdən qaçmayıb.
Belə ki, hazırda Birləşmiş Ərəb Əmirliklərində çıxış edən "Şamaxı"nın sabiq hücumçusu öz profilində qolun videosun paylaşıb.
26 yaşlı ön xətt oyunçusu "Neftçi"nin kapitanın tag etdiyi historisində "Əla qol, qardaşım" sözlərini yazıb.
Abanq 2021/22 mövsümündən "Keşlə"nin (indiki "Şamaxı") şərəfin qoruyub.
XANOĞLAN / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

