"Neftçi"dən: "Başa düşürəm, belə olması onların xoşuna gəlmir"

20 Dekabr 2022 14:20 Neftçi 719
"Neftçi"dən: "Başa düşürəm, belə olması onların xoşuna gəlmir"

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.

Bununla da yarımfinalın bütün iştirakçıları bəlli olacaq.

Günün ilk oyununda "Turan Tovuz" "Kəpəz"i qəbul edəcək. Qarşılaşma saat 14:00-da start götürəcək. Gəncədəki oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar.

Digər matçda isə "Neftçi" və "Zirə" komandaları üz-üzə gələcəklər. "Bakcell Arena"dakı görüş saat 19:00-da başlayacaq. "Qartallar" evdəki ilk oyunda minimal hesabla qalib gəliblər - 1:0.

"Neftçi"nin xorvatiyalı qapıçı İvan Brkiç Sportinfo.az vasitəsilə azarkeşlərə səslənib:

"Belə vəziyyətdə onların dəstəyinə ehtiyacımız var. Çünki onlar tribunada olanda futbolçuların özünəinamı artır.

Başa düşürəm, yaydan bu yana nəticələrimiz elə də yaxşı deyil və belə olması azarkeşlərimizin xoşuna gəlmir. Birləşməli, əl-ələ verməli, çətin günlərdən birlikdə çıxmalıyıq”.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?