"Neftçi" serbiyalı baş məşqçi ilə danışıqlar aprarır? – Öz dilindən eşidək…

21 Dekabr 2022 00:50 Neftçi 1 623
"Neftçi" serbiyalı baş məşqçi ilə danışıqlar aprarır? – Öz dilindən eşidək…

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Milan Obradoviç adının "Neftçi" ilə hallanması barədə məlumata münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, serbiyalı mütəxəssis "report"a müsahibəsində yayılan xəbərlərə şərh vermək istəmədiyini söyləyib.

Bakıya son səfəri zamanı "ağ-qaralar"ın "Zirə"yə 0:1 hesabı ilə uduzduğu Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununu canlı izlədiyini etiraf edən 45 yaşlı baş məşqçi bunun tribunadan baxdığı yeganə matç olmadığını vurulayıb:

"Bu barədə danışmaq istəmirəm. Çünki hazırda bütün komandaların öz baş məşqçiləri var. İndiki məqamda nəsə danışmaq real deyil.

Bakıda bir çox insanla - məşqçilər, klub prezidentləri ilə ünsiyyətdə oldum. Azərbaycan futbolu, dünya çempionatı, gənc oyunçular barədə danışdıq ki, bu da normal haldır".

O, 2019 - 2022-ci illərdə Azərbaycanın U-21 yığmasına rəhbərlik edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!