“Neftçi” azarkeşləri onu bu cür yola saldı

20 Dekabr 2022 16:00 Neftçi 1 467
“Neftçi” azarkeşləri onu bu cür yola saldı

“Neftçi”də qış fasiləsində ilk ayrılıq yaşandı.

Düzdür, çempionatın son turu qalıb, amma istənilən halda legionerlə yollar ayrıldı.

2018-ci ildən 100-ə yaxın matçda ağ-qara formanı geyinən, bu komanda ilə çempionluq sevinci yaşayan Mamadu Mboc bundan sonra karyerasını başqa komandada davam etdirəcək.

Əslində, afrikalı mərkəz müdafiəçinin gedişi indi yox, çoxdan yaşanmalıydı. Yəni tribunada yer alan sıravi azarkeşlər də Mbocun “Neftçi” səviyyəsində futbolçu olmadığını bilir, zaman-zaman onu yola salmaq haqda şüarlar səsləndirirdi.

Tənqid edənlərlə yanaşı, Mamadunun bacarıqlı futbolçu olduğunu iddia edənlər də tapılıb.

Klubun rəsmi səhifəsindəki ayrılıq xəbəri izləyicilər tərəfindən bu cür qarşılanıb:

“Nə yaxşı, şükür. Bacardığı qədər oyunlarımızı zibil elədi, indi gedir”.

“Rusiya “Arsenal”ına vurduğun qol həmişə ürəyimdə qalacaq”

“Belə oyunla çətin ki, gələcəkdə karyerası olsun”.

“Gediləcək oyunçular çoxdur, inşallah, davamı gələr”.

“Adma 4 ildə Mirabdulladan çox qol vurub”.

“Çox sağ ol, Mboc. Gələcək futbol həyatında uğurlar sənə”.

“Başla yaxşı oynaya bilirdi, qalan işlərə yaramırdı”.

“Pazın birindən canımız qurtardı”.

“Uğurlar sənə, Mboc! Son vaxtlar performansının aşağı düşməsinə baxmayaraq, meydanda can qoymağına, sona qədər mübarizə aparmağına görə “çox sağ ol” deyirəm”.

“Artıq yaşı da ötüb. “Neftçi”yə gənc və bacarıqlı oyunçular lazımdır”.

“Çox şükür”.

“Şükür sənə, ya Rəbbim. İndi səni transfer edəcək komanda düşünsün”.

“Get Seneqalda balaca bir dükan aç, qarpız sat”.

“Kaş o biri futbolçular da Mboc kimi can qoyardılar oyunda. Mboc bu komandanın haqqını verib”.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!