“Zirə” ilə oyun öncəsi “Neftçi”də CİDDİ PROBLEM

20 Dekabr 2022 11:40 Neftçi 1 301
“Zirə” ilə oyun öncəsi “Neftçi”də CİDDİ PROBLEM

“Neftçi”də vəziyyət ürəkaçan deyil.

“Zirə”ylə oyun öncəsi komandada zədə epidemiyası yaşanır.

Xəsarət aldıqlarına görə “Turan Tovuz”la oyunda iştirak edə bilməyən Azər Əliyev, Eddi İsrafilov və Qodsvey Donyo hələ də kollektivdən kənar, fərdi məşqlərlə kifayətlənir.

Bu isə o deməkdir ki, adları çəkilənlərin zirəlilərə qarşı oynaması yox dərəcəsindədir. Hətta meydana çıxmaq ehtimalı olsa belə, bu, məcburiyyətdən olacaq.

Üstəlik, “ağ-qaralar” Mamadu Mbocla da qarşılıqlı razılıq əsasında yolları ayırıb.

Dekabrın 20-də Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq “Neftçi” – “Zirə” qarşılaşması saat 19:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?