Azərbaycan klubunun əcnəbi qapıçısı: “Onlar nə istədiklərini bilirlər"

19 Dekabr 2022 22:20 Neftçi 867
Azərbaycan klubunun əcnəbi qapıçısı: “Onlar nə istədiklərini bilirlər"

“Neftçi”nin xorvatiyalı qapıçısı İvan Brkiç “Turan Tovuz” haqda müsbət fikirlər söyləyib.

Balkanlı legioner Sportinfo.az-a açıqlamsında Premyer Liqanın 17-ci turunda qarşılaşdıqları debütan haqda bunları söyləyib:

“Oyunboyu topa nəzarət tərəfimizdə idi. Buna baxmayaraq, “Turan”ın yaxşı komanda olduğunu deməliyəm.

Futbolçular nə istədiyini bilir və hədəfə çatmaq üçün ağıllı oynayırdılar. Xüsusən müdafiə planında ağıllı çıxış etdiklərini deməliyəm.

Rəqibin müdafiə xəttini yarmaq bizim üçün asan deyildi. Ucaboy və fiziki cəhətdən hazırlıqlı olan hər iki futbolçuları matçboyu fəallığı ilə seçilirdi”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!