Qış transfer mövsümündə heyətində xeyli dəyişikliklər etməyi planlaşdıran "Neftçi" hücum xəttini Renan Oliveyra ilə gücləndirməyi planlaşdırır.
Sportinfo.az xəbər verir ki, football.az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar" Litva çempionatında 16 dəfə fərqlənmiş Renan Oliveyranı heyətlərinə cəlb etmək niyyətindədir.
25-yaşlı hücumçu bu ili icarə əsasında "Jalgiris" klubunda keçirib. Hücumçunun transfer hüquqları Ukraynanın "Kolos" məxsusdur.
Ukraynalılar müqaviləsi gələn ilin sonuna qədər olan futbolçuya görə nə az nə çox, 300.000 min avro təzminat tələb edir. "Neftçi" isə 200.000 min ödəmək hazırdır. Hazırda tərəflər arasında danışıqlar davam edir.
Oliveyranın Avropa macərası Malta çempionatından başlayıb. Ardınca isə o, Ukraynanın "Lvov" klubuna transfer olunub.
2021-ci ildə Renan icarə əsasında Portuqaliyanın "Jil Visente" komandasında çıxış edib (10 oyun, 1 qol).
Xatırlatmağa dəyər ki, 2019-cü ildə "Neftçi" Litvanın ən adlı-sanlı klubundan azad aqent qismində Mamadu Mbocu heyətinə qatmışdı.

