“Bu xəbər “Azərbaycan xalqı ilə birlikdə gülək” silsiləsindəndir. Bu, inanilmazdır”.
Nu sözləri “Universitatya Krayova”nın prezidenti Mihay Rotaru Rumıniyanın “Sport Total FM” radiosunda qonaq olarkən deyib.
Xəbər verdiyimiz kimi, sözügedən klub sabiq çalışdırıcısı Laurentsiu Regekampfı yenidən Krayovada görmək istəyir.
Hətta bunun üçün “Neftçi”nin hazırkı çalışdırıcısına 1+1 illik müqavilə üçün aylıq 40 min avro maaş və “Bugatti” markalı avtomobil söz verilib.
Rotaru mətbuata açıqlamasında xəbərin həqiqətə uyğun olmadığını və oxuyarkən xeyli güldüyünü bildirib:
“Problem ayda 40 min avrodadır. Mən bu qədər pulu hardan alacağımı bilmirəm. Maşınlar haqqında Mirel Radoydan soruşun, o, daha çox anlayışlıdır.
Rege ilə dost qalmışıq. Amma xeyli vaxtdır danışmırdıq. Xəbəri eşidən kimi mənə mesaj yazmışdı.
Dedi, “Bugatti” ağ, ya da qara rəng olsun. Azərbaycan mətbuatında dərc olunan həmin xəbərdən sonra dostlarıma zarafatca məni “ərəb” ya da “nəbab” çağırmağı tövsiyə etmişəm.
“Bugatti" təklifi”ndən sonra qiymətim fantastik dərəcədə artıb" (gülür).
Klub prezidenti söhbətin davamında baş məşqçi axtarışlarının davam etdiyini və yeni çalışdırıcının adına yanvarda aydınlıq gələcəyini söyləyib.
HƏBİB / SPORTİNFO.AZ

