"Neftçi"nin yeni parlayan yetirməsindən xoş olmayan XƏBƏR VAR

18 Dekabr 2022 16:40 Neftçi 2 799
"Neftçi"nin yeni parlayan yetirməsindən xoş olmayan XƏBƏR VAR

"Neftçi"nin yarımmüdafiəçisi Fərid Yusiflidən üzücü xəbər var.

Belə ki, gənc futbolçunun zədəsi ciddidir. Onun əməliyyat olunması gözlənilir.

20 yaşlı futbolçunun ili başa vurduğu dəqiqləşib.

"Neftçi"nin yetirməsi Premyer Liqanın 17-ci turunun "Turan Tovuz"la baş tutan səfər görüşündə (0:1) ciddi zədə alıb.

Oyuna davam edə bilməyən orta xətt oyunçusu 45-ci dəqiqədə yerini Mert Çelikə verməli olmuşdu.

İstedadlı gənclərdən sayılan Fərid bu mövsüm Premyer Liqanın 10 görüşündə ağ-qara formada meydana çıxıb.

Yusifli həm də gənclər millimizin üzvüdür.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?