"Neftçi" göndərməli olduğu oyunçu ilə danışıq aparır

18 Dekabr 2022 15:00 Neftçi 1 926
"Neftçi" göndərməli olduğu oyunçu ilə danışıq aparır

Yusuf Laval "Neftçi"ni aparıcı futbolçularından hesab olunur.

Hahaq yerə...

Yayda müqaviləsi bitəcək yarımmüdafiəçi ilə uzun müddətdir danışıqlar da aparılır. Ki, artırılsın. Yenə nahaq yerə...

Bəli, Laval "Neftçi"də az işlər görməyib. Çempionluqda böyük əməyi olub, bir çox vacib matçlarda lazımlı qollar vurub və.s.

Amma bütün bunlar keçmiş zamandadır. Bu gün isə meydanda gördüyümüz həmin Lavalın ən yaxşı halda kölgəsidir.

Deyəsən, mövsümün əvvəli bir neçə ölkədən aldığı yaxşı təkliflər nigeriyalının başını gicəlləndirdi.

Həm də o qədər ki, sezon yarılanır, o isə hələ də özünə gələ bilmir.

Premyer Liqanın 17-i, ölkə kubokunun isə 1 matçı arxada qalıb. Və 18 qarşılaşmada 24 yaşlı legioner cəmi 1 qol və 1 asistlə yadda qalıb.

Cəzalı duruma düşməyən, heç bir zədə almayan Laval 18 matçın hamısında əsas heyət üzvü kimi iştirak edib. Bu, onun "Neftçi"dəki ən bərbad mövsümüdür. Nə ilk gəldiyi il belə yadda qalıb, nə də digər illərdə.

Qəribədir, "ağ qaralar"ın rəhbərliyi də israrla belə birinin daha yaxşı şərtlərlə komandada qalmasına çalışır. Normalda göndərilməliydi.

Bugünkü Lavala əsla aparıcı futbolçu deyilə bilməz. Heç onunla ciddi cəhdlə danışıqların aparılması da doğru deyil. Həm də daha yaxşı şərtlərlə. Regekampfın isə cəsarəti olsa ən azı 2-3 oyunluq futbolçunu yanında otuzdurardı.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!