"Neftçi"dən növbəti kritik qərar – AZ QALDI…

17 Dekabr 2022 13:00 Neftçi 1 624
"Neftçi"dən növbəti kritik qərar – AZ QALDI…

«Neftçi» növbəti kritik addımın biraddımlığındadır.

Lorentsiu Regekampfın iş yerindən ayrılmasına bir şey qalmayıb.

Rumıniyalının iyun ayından başlayan Bakı macərası çox qısa sürənə oxşayır.

Ölkəsinin mətbuatı demək olar hər gün ondan, paytaxtımızla vidalaşmağa hazırlaşmasından, gün saymasından, eyni zamanda, bir neçə klubla danışıqlar aparmasından yazır.

Sözsüz, «Neftçi»nin bütün futbolçuları baş məşqçiləri haqda yayılan informasiyalardan, getmək fikrinə düşməsindən xəbərdardılar. Bu, onlara pis təsir edir.

Ona görə yox ki, Rege ilə çalışmaqdan məmnundurlar və ayrılmaq niyyətində olmasına üzülürlər.

Əslində, son illər «Neftçi»yə belə «yumşaq» məşqçi gəlməyib. Rumın nizam-intizam sarıdan axsayır, bir nəfərə «gözün üstdə qaşın var» demir.

Hamıyla mədəni rəftar edir, kimsənin xətrinə dəymir, yumruğunu stolun üstünə çırpmır.

«Neftçi»də bir Allah qulu görməyib ki, baş məşqçi oyundan sonra paltardəyişmə otağına gələrək hansısa futbolçunun üstünə çığırıb-bağırsın, sərt söz desin, barmağını silkələsin.

«Neftçi» kimi həmişə üzərində nəticə qazanmaq tələbi olan komandada bu cür davranış tərzi keçməz! Rege bunu qəbul etmədi, ciddtyət göstərmədi, odur ki, bunun altını çəkir.

Tovuz səfəri qələbəylə bitdi, amma sevinmək üçün bir əsas görmürəm. Regenin bacarmadığını, etmədiyini gərək klub rəhbərliyi etsin indi.

Mükafat ödəmək nədir, meydanda olan bütün futbolçular cərimələnməlidir. Kimin 90 dəqiqə, kimin 1 dəqiqə oynayıb-oynamamasından asılı olmayaraq!

«Neftçi» adına yaraşmayan futbol sərgiləyən futbolçular «yalan dedektor»undan da keçirilməlidir.

Görək, hələ hansı klubun formasını geyindiklərini dərk edirlərmi, bilirlərmi? Açığı, mən buna şübhə ilə yanaşıram.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!