Mamadu Mbodj «Neftçi»nin əsas komandasından uzaqlaşdırılıb.
2018-ci ilin dekabrındat «ağ-qaralar»ın şərəfini qoruyan seneqallı müdafiəçi Bakıda olsa da, məşqlərdə iştirak etmir.
Lorentsiu Regekamf bu səbəbdən afrikalı legioneri Tovuza aparmayıb. Premyer Liqanın 17-ci turunda keçirilən «Turan»la matçı ekran başından izləyən Mbodjun buradan tamamilə ayrılmasına sayılı günlər qalıb.
Bakılılar ötən ilin iyulunda müqaviləsinin müddətini daha 2 il uzatdığı seneqallı ilə sözləşməyə qarşılıqlı razılaşma əsasında xitam verməyi qətiləşdirib.
Rumniyalının gəlişindən sonra əsas heyət üzvü sayılmayan arxa xətt oyunçusu ona yeni klub tapmaları üçün menecerlərə müraciət edib.
Mamadunun əvvəlki klubu "Jalgiris” (Litva, 2016-2018) olub. "Dakar Sakre Kour” (Seneqal, 2011-2014), "Srvena Zvezda” (Serbiya, 2014-2016), "Napredak”da (Serbiya, 2014) da çıxış edib.
"Jalgiris”lə Litva çempionatının (2016), kubokunun (2015/2016, 2016) və Super Kubokunun (2016, 2017) qalibi olan futbolçu Seneqalın U-20 və U-23 milli komandalarının da şərəfini qoruyub.
SPORTİNFO.AZ

