“Qəbələ” “Neftçi”dən bu legioneri icarəyə götürmək niyyətindədir

16 Dekabr 2022 20:00 Neftçi 1 695
“Qəbələ” “Neftçi”dən bu legioneri icarəyə götürmək niyyətindədir

Bu ilin əvvəlində “Neftçi” ilə 2,5 illik müqavilə imzalayan Gilyerme Pato Azərbaycanda klubunu dəyişə bilər.

“Qəbələ” braziliyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır.

Əyalət təmsilçisi cənubi amerikalı vingeri yanvarda 6 ay müddətinə icarəyə götürmək istəyir.

“Ağ-qaralar”ın bu variant münasibəti müsbətdir.

Bakı klubu yanvarın 21-də "İnternasional"dan 90 min avroya transfer etdiyi, amma əsas heyətə düşməyən vingerdəb bir yolla canını qurtamağa, bu yolla həm artıq xərcdən xilas olmağa, həm də 1 legioner yeri boşaltmağa razıdır.

"İnternasional"ın yetirməsi olan Pato 2020/2021 mövsümündə icarə əsasında "Ponte Preta"da, 2021-ci ilin ikinci yarısında isə "Kuyaba"da çıxış edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?