“Neftçi”dən: “Yaxşı ki, qaçırdılar, Allaha təşəkkür etdim”

16 Dekabr 2022 16:40 Neftçi 997
“Neftçi”dən: “Yaxşı ki, qaçırdılar, Allaha təşəkkür etdim”

“Son oyunlarda nəticələr istədiyimiz kimi deyil.

Vəziyyətimizi yaxşılaşdırmaq üçün bura qələbə dalınca gəlmişdik”.

“Neftçi”nin qapıçısı İvan Brkiç Sportinfo.az-a verdiyi açıqlamada “Turan Tovuz”la matçı şərh edib.

“Ağ-qaralar” bölgədə 1:0 hesablı qələbəyə sevinsə də, komandanın sərgilədiyi oyun istənilən səviyyədə deyildi.

Meydan sahibləri yaratdığı çoxsaylı qol imkanlarını dəyərləndirə bilsəydi, “Neftçi” nəinki 3 xal, 1 xal da qazana bilməyəcəkdi.

Xorvatiyalı kiperi dinləyək:

“Turan” qol fürsətlərini dəyərləndirə bilsəydi, bəlkə də qələbə onların olacaqdı. Yaxşı ki, şansları qaçırdılar (gülür).

Həmin anda şans tərəfimizdə olduğuna görə Allaha təşəkkür etdim. Yaxşı ki, penaltidən də olsa, qələbə topunu vura bildik”.

İvan Brkiç cari mövsümdə Premyer Liqada 9 oyuna çıxıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?