"Neftçi"nin baş məşqçisi hakimə söydü və tüpürdü

16 Dekabr 2022 00:50 Neftçi 902
"Neftçi"nin baş məşqçisi hakimə söydü və tüpürdü

AFFA İntizam Komitəsi "Neftçi" klubunun U-13 komandasının məşqçisi Alim Qurbanovu 3 oyunluq cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, buna mütəxəssisin EFA ilə oyunda etdiyi hərəkətlər səbəb olub.

Qurbanov oyunun 30-cu dəqiqəsində meydana daxil olaraq matçın rəsmi şəxslərini, baş hakimin şərəf və ləyaqətini təhqir edib. O, bundan əlavə, hakimin üstünə də tüpürüb.

Komanda növbəti iki qarşılaşmasını azarkeşsiz keçirəcək. "Neftçi" fanatları görüş bitəndən sonra AFFA-nın və hakimlərin ünvanına təhqirlər işlədiblər.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?