Ruminiyalı Mahmudovu “Neftçi”dən özüylə bu kluba aparır?

15 Dekabr 2022 22:40 Neftçi 793
Ruminiyalı Mahmudovu “Neftçi”dən özüylə bu kluba aparır?

"Neftçi"nin və Azərbaycan millisinin kapitanı Emin Mahmudov karyerasını Rumıniyada davam etdirə bilər.

Sportinfo.az yerli "Oltenia TV"yə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin mövsümün sonunda "Universitatya Krayova"ya keçmək ehtimalı var.

Bildirilib ki, rumıniyalı baş məşqçi Laurentsiu Regekampf "ağ-qaralar"dan ayrılıb bu komandaya keçsə, təcrübəli oyunçunu özü ilə aparmağı planlaşdırır.

"Universitatya Krayova"nın Mahmudovu azad agent kimi heyətinə cəlb edə biləcəyi vurğulanıb.

Regekampf 2021/2022 mövsümündə "Universitatya Krayova"da işləyib. Emin Mahmudovun "Neftçi" ilə müqaviləsi mövsümün sonunda başa çatmalıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!