"Neftçi" rumıniyalı baş məşqçi ilə yollarını nə vaxt ayıracaq?- SON XƏBƏR

15 Dekabr 2022 10:40 Neftçi 1 925
"Neftçi" rumıniyalı baş məşqçi ilə yollarını nə vaxt ayıracaq?- SON XƏBƏR

Lorentsiu Regekampfın «Neftçi»dəki perspektivinə yaxın günlərdə aydınlıq gələcək.

Bu ilin iyununda görəvə gələn baş məşqçinin taleyi «Zirə» ilə ölkə kubokunun ¼ final mərhələsinin cavab görüşünün nəticəsindən asılıdır.

İlk matçda 0:1 hesabıyla uduzan «ağ-qaralar» yarımfinala vəsiqə qazanmasa, rumıniyalı çalışdırıcı buranı tərk edəcək.

Hər halda Müşahidə Şurasının yeni üzvləri onunla bağlı qərarı dekabrın 20-dəki oyuna saxlayıb. Məhz qarşıdakı matç bəlli edəcək ki, «Neftçi»nin mövsümü titulla başa vurmaq şansı var, ya necə.

Komanda Premyer Liqada əsas hədəfi ilə de-fakto vidalaşıb. 16 oyunda 32 xal toplayan paytaxt təmsilçisi çempionluq mücadiləsində «Qarabağ»ın xeyli gerisinə düşüb.

Liderlə aradakı xal fərqi 15-ə çatıb. «Ağ-qaralar» ikinci pillədəki «Sabah»dan da 8 xal az toplayıb.

«Neftçi»nin bütün ümidləri kuboka qalıb. Rumıviyalı həmkarlarımız da Regenin hazırda Azərbaycandan ayrılmaq istədiyini yazır.

Onların qeydlərinə görə, mütəxəssis ölkəyə dönməyin yollarını axtarır, bir neçə yerli klubla danışıqlar aparır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!