“Regekampfın planı “Styaua”ya qayıtmaqdır” - Rumıniya klubunun sahibi

14 Dekabr 2022 19:20 Neftçi 726
“Regekampfın planı “Styaua”ya qayıtmaqdır” - Rumıniya klubunun sahibi

“Regekampfın planı, düşüncəsi “Styaua”ya qayıtmaqdır”.

Sportinfo.az xəbər verir ki, bunu “Universitatya 1948”ın sahibi Adrian Mititelu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın ölkəsindəki klubların maraq dairəsinə düşməsi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, 47 yaşlı mütəxəssis “Styaua”da işləmək niyyətindədir:

“Ümid edirəm ki, Regekampf bir daha “Universitatya Krayova”da çalışmayacaq. Əlbəttə ki, Rege “Universitatya Krayova”nı dirçəldəcək məşqçidir.

Gəlsə, onlara kömək edə bilər. Çünki çox yaxşı mütəxəssisdir. Amma bunun baş verəcəyinə də inanmıram. Çünki o, “Styaua”nı arzulayır”.

“Neftçi” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədər olan Laurentsiu Regekampf 2012-2014-cü və 2015-2017-ci illərdə Rumıniyada “Styaua”nı çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?