Mamadu Mbodj «Neftçi» rəhbərliyinə müraciət edib.
Seneqallı müdafiəçi klubdan ayrılmaq istədiyini bildirib.
O, hazırda qüvvədə olan müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam vermək niyyətində olduğunu söyləyib.
Mərkəz müdafiəçisi Polşa və İran klubları ilə danışıqlar aparır. Afrikalı ötən ilin iyulunda müqaviləsinin müddətini daha 2 il uzatmışdı.
Birinci dəfə 2018-ci ilin dekabrında «ağ-qaralar»la 2,5 illik anlaşmaya qol çəkmiş Mbodj indi əsas heyət üzvü sayılmır.
İlk «onbirliy»ə düşməyə çətinlik çəkən seneqallı heç cür Lorentsiu Regekampfın etimadını qazana bilmir.
Baş məşqçi artıq çəkidən əziyyət çəkən Mbodjla müqaviləyə vaxtından əvvəl xitam verilməsinin lehinədir. Bunu bilən arxa xətt oyunçusu ona yeni klub tapmaları üçün menecerlərə müraciət edib.
Mamadunun əvvəlki klubu "Jalgiris” (Litva, 2016-2018) olub. "Dakar Sakre Kour” (Seneqal, 2011-2014), "Srvena Zvezda” (Serbiya, 2014-2016), "Napredak”da (Serbiya, 2014) da çıxış edib.
"Jalgiris”lə Litva çempionatının (2016), kubokunun (2015/2016, 2016) və Super Kubokunun (2016, 2017) qalibi olan futbolçu Seneqalın U-20 və U-23 milli komandalarının da şərəfini qoruyub.
SPORTİNFO.AZ

