“Neftçi”nin ambisiyası yoxdur, indi özünə gələ bilmir"

13 Dekabr 2022 01:50 Neftçi 1 050
“Neftçi”nin ambisiyası yoxdur, indi özünə gələ bilmir"

“Neftçi” yenidən peşəkar və böyük komanda olmaq arzusundadır.

Hələlik sanki “Qarabağ”a uduzmağa uyğunlaşıb.

Bu komandanın titul uğrunda mübarizə aparacağına inanmıram. “Neftçi” hər il eyni səhvləri təkrarlayır”.

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a “Neftçi”nin sabiq futbolçusu Flavinyo deyib.

Beş il “ağ-qaralar”ın formasını geyinmiş braziliyalı sabiq komandasının bu mövsümdəki çıxışını dəyərləndirib.

O, “Neftçi”nin ölkə kubokunun 1/4 final mərhələsinin ilk görüşündəki məğlubiyyətin əvəzini çıxacağına inanır:

“Zirə” ilə oyundakı 0:1 hesablı nəticənin cavab görüşündə əvəzini çıxmaq o qədər də çətin deyil. Sadəcə, “Neftçi”nin ambisiyası yoxdur.

“Qarabağ” yaxşı olanları klubda saxladı və getdikcə yaxşılaşmağa davam etdi, "Neftçi"də isə belə olmadı. Buna görə də indi özünə gələ bilmir. Sanki bərpa olunmaqda çətinlik çəkir”.

Flavinyo 2010-2015-ci ildə “Neftçi”nin formasını geyinib. Onun sözlərinə görə, “Neftçi” üçün sanki nəticənin fərqi yoxdur:

“Nələrin baş verdiyini bilmirəm. Amma deyəsən, məqsəd dəyişib. Hər halda, “Neftçi”yə uğurlar arzu edirəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!