“Yanvarda ciddi islahatlar aparılmasa, daha “Neftçi”yə azarkeşlik etməyəcəm“

11 Dekabr 2022 21:00 Neftçi 1 454
“Yanvarda ciddi islahatlar aparılmasa, daha “Neftçi”yə azarkeşlik etməyəcəm“

“Neftçi” “Qarabağ” faciəsinin ardınca azarkeşlərinə növbəti acını yaşatdı.

Ötən bazar Premyer Liqada əzəli rəqibinə 0:4 hesabı ilə boyun əyən “ağ-qaralar” bu dəfə Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk görüşündə səfərdə “Zirə”yə boyun əydi – 0:1.

Başında əcnəbi baş məşqçinin dayandığı, heyətində 10-dan artıq legionerin top qovduğu, hər cür şəraitə sahib komandanın cari mövsümdəki nəticələri ürək ağrıdır.

Sadəcə, baş məşqçi günü günə calamaq üçün bəhanələr gətirir, işıqlı gələcəkdən danışır.

Amma azarkeşlər nağıllara inanmır. Hər oyundan sonra klubun sosial mediadakı səhifələrini “bombardman edən” fanatlar zirəlilərlə oyundan sonra da onları hədəf seçib.

Buyurun, tanış olun:

“Can qoyan yoxdur, gəzişirlər meydanda. Heyətin 70 faizi dəyişməlidir”.

“Yanvarda komandada ciddi islahatlar aparılmasa, daha “Neftçi”yə azarkeşlik etməyəcəm. 8 ildir klub sürünür. Biabırçılıqdır!”.

“Gözümü açandan ürəyim bu klubla döyünür. İstər SSRİ dönəmində, istər müstəqillik dönəmində. 2 ilin “Sabah”ı “Qarabağ”la başabaş oynayırsa, deməli, “Neftçi”də daha artığını etmək mümkündür. Fasilədən sonranı işarə verirlər, onu da gözləyək, görək nə olacaq. Əsas heyətin azı 70 faizi göndərilməlidir”.

“Hələ də “Neftçi”ni batırmaqda davam edir”.

“Ara yerdə o boyda “Neftçi”nin adı batır”.

“Gör, “Neftçi”ni necə rəzil günə salmısan. Tarixi bir komandanı bu cür vəziyyətə sən salmısan. “Neftçi”nin yalnız adı qalıb. “Neftçi” məhəllə komandasına çevrilib. Elə bu gün çıx get “Neftçi”dən. Bura sənlik deyil”.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!