Rövşən Nəcəf "Neftçi"də bu məsələni nəzarətə götürdü - Yeni sponsor!

11 Dekabr 2022 11:40 Neftçi 1 620
Rövşən Nəcəf "Neftçi"də bu məsələni nəzarətə götürdü - Yeni sponsor!

Müşahidə Şurasının heyətini dəyişən «Neftçi» daha bir xəbəri açıqlamağa hazırlaşır.

SOCAR prezidenti Rövşən Nəcəfovun sədri olduğu paytaxt təmsilçisi büdcəsini daha da artırmaq imkanı əldə edib.

«Ağ-qaralar» danışıqlar apardığı böyük şirkətlərdən biriylə sponsorluğa dair ortaq məxrəcə gəlib.

Növbəti tərəfdaş həm ölkəmizdə, həm də ondan kənarda kifayət qədər tanınır - hələlik ad çəkmədən yalnız bunu söyləyə bilərik.

Bakılıların əməkdaşlıq edəcəyi biznes qurumlarının sayı bununla məhdudlaşmayacaq. Yeni ilin əvvəlində onların siyahısının bir qədər də genişlənməsi gözlənilir.

Hər halda R.Nəcəf görəvə gəldiyi klubun maliyyə dayaqlarının genişlənməsi üçün əlindən gələni əsirgəmir. Bu işlər şəxsən yeni sədrin nəzarətindədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?