“Neftçi” diaqnozu açıqladı: “Onun səhhətində ciddi problem…”

10 Dekabr 2022 22:40 Neftçi 776
“Neftçi” diaqnozu açıqladı: “Onun səhhətində ciddi problem…”

Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Zirə"yə qarşı ilk oyunda zədələnmiş "Neftçi"nin futbolçusu Eddi İsrafilovun durumuna aydınlıq gəlib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçib.

"Ağ-qaralar"ın baş həkimi Şaiq Zöhrablı İsrafilovun diz oynağının bağ və sümük aparatında sınıq və ya gərilmə müşahidə olunmadığını bildirib:

"Sadəcə, ciddi toqquşma nəticəsində əzilmə və həmin hissədə yüngül ödem olduğuna görə futbolçu ağrı hiss edir.

O, gələn həftədən fərdi məşqlərə başlayacaq, sonradan komandaya qoşulacaq. Futbolçunun səhhətində ciddi problem yoxdur".

Qarşılaşma "Neftçi"nin məğlubiyyəti ilə bitib - 0:1. Cavab matçı dekabrın 20-də baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?