"Neftçi"dən SON DƏQİQƏ XƏBƏRİ: 3 illik müqavilə, daha çox qazanc təklif olundu

10 Dekabr 2022 11:40 Neftçi 2 193
"Neftçi"dən SON DƏQİQƏ XƏBƏRİ: 3 illik müqavilə, daha çox qazanc təklif olundu

"Neftçi" rəhbərliyi komandanın kapitanı Emin Mahmudova yeni müqavilə təklif edib.

Bakılılar 2016-cı ildən Azərbaycan millisinin, 2017-ci ildən isə onların formasını geyinən yarımmüdafiəçi ilə kontraktın müddətini daha 3 il uzatmaq istəyir.

30 yaşlı orta sahə oyunçusu paytaxt təmsilçisinin ən ödənişli simalarından biridir. Onun illik qazancı 250 min dollardan yüksəkdir.

Emin sözləşməni yeniləyərsə, qarşıdakı simalarda bundan da çox pul qazanacaq. Lakin o, hələlik təklifə nə «hə», nə də «yox» deyib. Mahmudov fikirləşmək üçün rəsmilərdən vaxt alıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti