"Neftçi"nin vitse-prezidenti iş yerindən ayrılmaqdan imtina etdi! - SON DƏQİQƏ

9 Dekabr 2022 10:40 Neftçi 1 664
"Neftçi"nin vitse-prezidenti iş yerindən ayrılmaqdan imtina etdi! - SON DƏQİQƏ

«Neftçi»nin vitse-prezidenti Elnur Eyvazov klubun prezidenti Kamran Quliyevin onunla bağlı qərarına qarşı çıxıb.

Dünən oxucularımızı məlumatlandırdığımız kimi, Kamran Quliyev gözlənilməz qərar verib.

O, Elnur Eyvazovun postundan kənarlaşdırılmasına dair yeni əmr imzalayıb. Əmrə əsasən, E.Eyvazov dekabrdan etibarən klubun əməkdaşı sayılmır.

Altı ildən artıq müddətdə “Neftçi”də çalışmış E.Eyvazovun onun son 5 ilini hazırkı klub prezidenti ilə keçirib.

İndi isə o, K.Quliyevin qərarıyla buradan ayrılmaq niyyətində deyil.

Əvvəlkitək hər gün iş yerinə gəlib-gedən funksioner klub prezidentinin diqqətinə çatdırıb ki, o, «Neftçi»yə SOCAR-ın təqdimatıyla gəlib və yenə neft şirkətinin verəcəyi qərarla hərəkət edəcək.

Yəni, SOCAR-ın yeni rəhbərliyi «get» desə, gedəcək, «qal» desə, burada şəraitini davam elətdirəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?