“Forza Neftçi” addım atdı, kimlər onlara qoşuldu?

8 Dekabr 2022 19:40 Neftçi 1 226
“Forza Neftçi” addım atdı, kimlər onlara qoşuldu?

“Forza Neftçi”nin azarkeş birliyi nümayiş etdirməsi ölkəyə səs salıb.

“Neftçi”ylə “Qarabağ” qarşılaşmasının əvvəlində və gedişində həbs olunan və inzibati məsuliyyətə cəlb olunan “Qarabağ” azarkeşlərinə ilk dəstək “forzalılar”dan gəldi.

“Feysbuk” səhifəsində bəyanat yayan “ağ-qaralar”ın azad azarkeş qrupu yaşananlara etiraz olaraq Premyer Liqanın növbəti 2 görüşünü boykot etdiklərini bildirdi.

Çox keçmədən digər klubların fanatları da onlara qoşuldu. Konkretləşdirsək, “Qəbələ”nin “Red Black Army”, “Kəpəz”in “Xəmsə”, “Sabah”ın “Soldati Di Sabah”, “Zirə”nin “Qartal” qrupları “Forza Neftçi”nin yanında olduğunu bildirdi.

Bu barədə adları çəkilən azarkeş qrupları sosial şəbəkələrdə hansısa formada məlumat yayıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?