“Neftçi”nin yarımmüdafiəçisi 3 klubun hədəfində - ADLAR

8 Dekabr 2022 20:40 Neftçi 2 104
“Neftçi”nin yarımmüdafiəçisi 3 klubun hədəfində - ADLAR

“Neftçi”nin əsas və əvəzedici komandasının üzvü Ramin Nəsirli iş yerini dəyişə bilər.

20 yaşlı yarımmüdafiəçinin xidmətində Premyer Liqanın 3 klubu maraqlıdır.

Bunlar Ramini yaxından tanıyan Mahmud Qurbanovun çalışdırdığı “Səbail”, istedadlı gənclərə maraq göstərən “Şamaxı” və futbolçu azlığından əziyyət çəkən “Turan Tovuz”dur.

Nəsirli cari mövsümdə əsas komandanın məşqlərinə qatılsa da, baş məşqçi Laurentsiu Regekampf ona 1 matçda şans verib. O, əsasən “Neftçi-2”dəki parlaq çıxışı ilə seçilməkdədir.

Ramin ötən mövsüm Samir Abasovun diqqətini çəkən gənclərdən idi ki, baş məşqçi ona 4 görüşdə şans vermişdi, o da vurduğu 1 qolla Abasova təşəkkür etmişdi.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti