Azərbaycanlı milyarder “Neftçi”nin bu transferi etməsinə mane olur

8 Dekabr 2022 13:00 Neftçi 4 058
Azərbaycanlı milyarder “Neftçi”nin bu transferi etməsinə mane olur

“Ximki”nin futbolçusu Ayaz Quliyevin “Neftçi”yə keçidi “düyün“ə düşüb.

Bu barədə Bakı təmsilçisindən Sportinfo.az-a bildirilib.

Redaksiyamıza verilən informasiyaya görə, bir ümddət əvvəl klublar arasında müzakirələr başlasa da, hələlik ortaq məxrəcə gəlmək mümkün olmayıb.

Rusiyanın premyer-liqa mənsubu bu transferdən ən avzı 600 min avro qazanmaq istəyir.

Rusiya çempionatında legioner limiti 7-yə bərabərdir və “Ximki” rəhbərliyi azərbaycanlı oyunçunu satmaqla yaxşı gəlir etməyi hədəfləyib.

Milyarder həmyerlimiz Tufan Sadıqovun himayəsində olan Moskva klubu qiymət məsələsində “Neftçi”yə güzəştə getmir.

Bakılılar isə 26 yaşlı yarımmüdafiəçinin transferi üçün ən yaxşı halda 250 min avro ödəməyə razıdır.

Quliyevin artıq Azərbaycan vətəndaşlığı aldığı da iddia olunur. Yarımmüdafiəçinin legioner deyil, yerli statusu daşıması da “ağ-qaralar” üçün cəlbedicidir.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?